"Şuşa şəhəri işğal dövründə 30 il ərzində dağıntılara, vandalizmə məruz qalmışdı. İşğaldan azad edildikdən sonra Şuşada cənab Prezidentin tapşırığı ilə bərpa-qurucu işləri aparılır".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində deyib.
"Şuşada 10-a yaxın abidə bərpa edilib. Yaxın günlərdə digər abidələrin də bərpa işləri başa çatacaq. Hazırda işlər davam edir", - o vurğulayıb.