22 Aprel 2023 13:30
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə yerləşən Sərsəng su anbarı quruyur.

Teleqraf.com Publika.az-a istinadla xəbər verir ki, erməni mənbələrin su anbarından yaydıqları sonuncu foto su anbarıın ekoloji fəlakətlə üzləşdiyini göstərir.

Məlumatlara görə, anbarda suyun səviyyəsi 20 metrdən çox aşağı düşüb və bu tendensiya davam etməkdədir. Sərsəngin quruması bölgədə separatçı rejimin törətdiyi növbəti ekoloji fəlakətdir.

1. Sərsəng Su Elektrik Stansiyasını həddindən artıq yükləyirlər: 44 günlük müharibədən sonra separatçı rejim əsas elektrik enerjisini bu stansiyadan əldə edir və yüklənmə nəticəsində suyun səviyyəsi azalır;

Sərgəng Su Elektrik Stansiyası

2. Qış fəslində suyun axıdılmasının həcmini artırır, yay fəslində isə qış üçün ehtiyat su toplayırlar, nəticədə anbarın düzgün istismar edilməməsi ekoloji problemlərə yol açır;

Separatçıların qış və yay fəsillərində suyun həcminin artırılması və azaldılması ilə bağlı addımı Azərbaycanın digər əraziləri üçün ciddi problemlər yaradır: qışda etdikləri Tərtər və Ağdamın müəyyən ərazilərinin su altında qalmasına, yayda etdikləri Qarabağın digər ərazilərində su qıtlığının yaranmasına səbəb olur;


(Videoreportajda separatçıların Bakıya qarşı iddialarına yer verilsə də, etirafları real vəziyyəti anlamağa imkan verir)

“Azadlıq radiosu”nun erməni xidmətinin bu ilin martında Sərsəng su anbarı ilə bağlı hazırladığı reportajda da ermənilər ekoloji fəlakəti etiraf edirdilər. Onlar bildirirdilər ki, Sərsəng SES üçün anbardakı suyun artıq 60 faizi istifadə olunub.

Sərsəng su anbarında yaşanan ekoloji fəlakətin qarşısını almaq üçün Bakı nə edə bilər?

Bu sualın cavabını iki kontekstdə dəyərləndirmək mümkündür:

Birincisi, Sərsəngi xilas etmək məqsədilə ekoloji müstəvidə hərəkətə keçmək;

Azərbaycan nümayəndələri Sərsəngə baxış keçirir

Bakı ermənilərlə təmaslar quraraq, su anbarına baxış keçirə və ekoloji fəlakətin qarşısını almağın yollarını axtara bilər. Ötən ilin 24 avqust tarixində Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri ermənilərlə birlikdə Sərsəngə baxış keçirmişdi və su anbarından birgə istifadə ilə bağlı razılıq əldə olunmuşdu. Digər razılaşma əraziyə baxışın gələcəkdə də mütəmadi həyata keçirilməsinə dair idi. Və məhz bu görüşdən sonra separatçılar Sərsəng SES-də yüklənməni artıraraq, suyun səviyyəsinin azalmasını sürətləndirdilər. Görünür, məqsəd ekoloji fəlakətin yaradılması olub. Rəsmi Bakı SES-dəki yüklənmənin aradan qaldırılmasını tələb etməsi də versiyalardan biridir, hərçənd, separatçıların buna əməl etməyəcəyi ehtimalı daha yüksəkdir və onların cavabını da təxmin etmək çətin deyil: “SES-dəki yükslənməni azaltmaq üçün Ermənistandan elektrik enerjisinin verilməsi bərpa olunmalıdır, əks təqdirdə, enerji problemini həll etmək mümkün deyil”;

Mövcud vəziyyət və versiyalar ekoloji müstəvidə addımların atılmasının nəticə verməyəcəyi fikrini ön plana çıxarır.

İkincisi, Sərsəngə nəzarətin bərpa olunması məqsədilə hərbi müstəvidə hərəkətə keçmək;

Sərsəng ətrafında terrorçuların mövqeləri

Qarabağda separatçı-terrorçu rejimin silahlı dəstələrinin yerləşdiyi ərazilərdən biri də Sərsəng ətrafındadır. Ötən ilin 3 avqustunda separatçıların təxribatına cavab olaraq keçirilən əməliyyatda da ordumuz PUA-larla Sərsəng su anbarının yaxınlığında yerləşən (Kəlbəcərin Heyvalı kəndi istiqamətində) terrorçuların kazarmalarına zərbələr endirmişdi. Bu o deməkdir ki, Sərsəng ətrafında yerləşən terrorçu rejimin dəstələri Azərbaycan ordusunun legitim hədəfidir və Bakı bu hədəfləri sıradan çıxarmaq məqsədilə hərəkətə keçə, buna paralel olaraq, su anbarına nəzarəti bərpa edə bilər.

Sərsəng su anbarına nəzarətin bərpa edilməsinin birdən çox əhəmiyyəti var:

a) Anbarın üzləşdiyi ekoloji fəlakətin qarşısı alınacaq;
b) Qarabağın digər ərazilərinin qışda su basmasına, yayda susuz qalmasına son qoyulacaq;
c) Azərbaycanın bir çox rayonunun üzləşdiyi su qıtlığı probleminin böyük qisminin həllində mənbə əldə ediləcək;


Azərbaycan PUA-ları zərbələrini təkrarlaya bilər

Bütün bunlar hərbi müstəvidə addımın atılması seçiminin daha efektiv nəticələrinin ola biləcəyini deməyə əsas verir.

Və Sərsəngə nəzarətin bərpa edilməsi separatçıların elektrik enerjisi mənbəsindən böyük ölçüdə məhrum olmasına, daha çətin vəziyyətə düşmələrinə səbəb olacaq amildir. Bu isə onların Bakıya təslim olmasını, yaxud Qarabağdan qaçmasını sürətləndirə bilər. Qarabağdakı ermənilərin digər ehtiyacları kimi elektrik enerjisi təminatı da reinteqrasiya prosesi çərçivəsində Azərbaycan hökuməti tərəfindən tam şəkildə həll edilə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər