“Qarabağ həmişə Azərbaycanın bir hissəsi kimi tanınıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Matevos Asatryan deyib.
“Qarabağ həmişə Azərbaycanın bir hissəsi kimi tanınıb, sadəcə olaraq, biz bunu hiss etmək istəmədik. Açın, 1991-ci ilə baxın və ya əvvəlki rəhbərlərimizin müsahibələrinə, mətbuat konfranslarına nəzər yetirin”, - deputat bildirib.
Ermənistan hakimiyyətinin nə üçün Azərbaycanın ərazi bütövlüyünü tanımasına gəlincə, Asatryan söyləyib:
“Belə olmasa, düşməninizin də sizin suveren ərazinizlə bağlı iddiaları olacaq. Deyir: siz mənim ərazi bütövlüyümü tanımırsınızsa, mən də sizin ərazi bütövlüyünüzü tanımıram və mən onu zorla alacam”.