Dünən internetdə “Kox” ləqəbi ilə tanınan separatçı general Karen Cavadyanın Azərbaycan hərbçilərinə təslim olmayacağı, terrorçusu dəstəsi ilə döyüşmək qərarına gəldiyi barədə məlumat yayılıb.
Teleqraf.com xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti bunun doğru olub-olmadığını öyrənmək üçün onunla əlaqə saxlayıb.
Jurnalistin sualına əsəbi cavab verən general Ermənistan Baş naziri Nikol Paşinyan barəsində sərt ifadələr səsləndirib.
Ermənistan xalqı da separatçının kinindən öz payını alıb:
“Ermənistan xalqına Qarabağ lazım deyil, bu qədər.
Kimə istəyirsən, get de – Nikola, Köçəryana demək istəyirsən, Serjə demək istəyirsən, kimə istəyirsən de, günahkarın kim olduğunu mən bilmirəm, mən hərbçiyəm, işimi görmüşəm”.
Cavadyanın əsəbi olduğunu, danışmağa həvəsinin olmadığını bildirib. Beləliklə, onun da "müqavimət"i çox çəkməyib, silahı yerə qoyanların sırasına o da qoşulub.
Sentyabrın 20-də Qarabağdakı Ermənistan ordusunun qalıqları və silalı separatçılar təslim olduqlarını bəyan ediblər. Bundan sonra yaraqlıların tərksilah edilməsi, silah-sursat və texnikalarının təhvil verilməsi prosesi başlayıb.