23 Sentyabr 2023 22:02
4 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlıları Dağlıq Qarabağın nümayəndələri ilə Azərbaycan rəsmiləri arasında təmasları asanlaşdırır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasında işin yekunlarına dair mətbuat konfransında deyib.

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda dinc həyatın bərqərar olması üçün əlindən gələni edəcək. İndi İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra orada dinc həyatın bərqərar olmasının və etimadın möhkəmləndirilməsinin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti bu işdə öz töhfəsini verəcək" -, deyə nazir bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər