Bu gün Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Teleqraf.com xəbər verir ki, konfransda “Türkdilli ölkələrin köçəri həyat tərzinin turizm məhsuluna çevrilməsi” mövzusuna dair müzakirə və təqdimatlar baş tutacaq.
Eyni zamanda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan təmsilçiləri çıxışlar edəcək