20 Dekabr 2023 12:34
8 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla oranı tərk etməsi açıqlamasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, baş nazir Rusiya liderinin ondan əvvəl Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını söyləyib.

“Birincisi, mövzu ən azı 2022-ci ilin sentyabrından sonra çox müzakirə olunur. Amma gəlin prosesləri inventarlaşdıraq. Rusiya prezidenti 2020-ci ilin noyabr-dekabr aylarında Qarabağın Azərbaycanın bir hissəsi olduğunu açıq bəyanatla elan etdi, o bəyanatlar bu gün də sosial şəbəkələrdə qalır, video versiyası da var. Bunu Rusiya mətbuatından öyrəndim. Bu, 2020-ci ilin noyabr-dekabr aylarına aiddir”, - Paşinyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər