20 Dekabr 2023 21:28
2 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazi bütövlüyünü bərpa edib, Rusiya və Ermənistan mübahisə üçün başqa mövzu tapmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı bir-birlərinə ünvanladıqları ittihamlar uşaq cığallığına bənzəyir. Putin deyir ki, Qarabağı Azərbaycan ərazisi kimi birinci Paşinyan tanıyıb, Paşinyan isə əksini bildirir ki, yox, birinci sən tanıdın. Bir-birləri ilə elə mübahisə aparırlar ki, sanki söhbət onlara aid ərazidən gedir. Məsələ bitdi, Azərbaycan ərazi bütövlüyünü - Qarabağ üzərində suverenliyini bərpa edib, mübahisə üçün başqa mövzu tapın.

Ermənistanın özündə də hakimiyyətlə müxalifət məğlubiyyəti bir-birinin üstünə atmaqla məşğuldur. Biz də 1990-cı illərdə biz də məğlubiyyətin günahkarı mövzusu ətrafında müzakirələr aparmışdıq. İkinci Qarabağ Müharibəsi buna son qoydu, yeni mövzuları müzakirə edirik. Ermənistan cəmiyyəti və siyasi dairələri isə bizim 1990-cı illərdəki mövzularımızı müzakirə edirlər və bundan uzun illər qurtula bilməyəcəklər”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər