5 Mart 19:00
3 964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təkcə Ermənistan Baş naziri Nikol Paşinyan yox, sabiq prezident Levon Ter-Petrosyan da Qarabağı Azərbaycan ərazi olaraq tanıyıb.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Həsən-Cəlalyan deyib.

Onun sözlərinə görə, Petrosyan Azərbaycanın bu ərazisinin Ermənistana birləşdirilməsi cəfəngiyyatını da qəbul etməyib:

“Düz 32 il əvvəl, 1992-ci ilin bu günü - martın 5-də Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməyə hazır olduğunu bəyan edib. Həmin gün Petrosyan “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində bunları söyləmişdi: “Düşünmək istərdim ki, Azərbaycanın tərkibində muxtar respublika statusu bütün tərəfləri tam qane edər, həmçinin Qarabağ Azərbaycanın bir hissəsi olaraq qalır və respublikanın ərazi bütövlüyü qorunur, Qarabağ erməniləri də təminatlı dolanışıq vasitələrinə malik olurlar. Bizim mövqeyimiz budur”.

Sitatdan belə aydın olur:

Petrosyan keçmiş Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi hesab edirdi.

Petrosyan keçmiş Dağlıq Qarabağın muxtar respublika statusu ilə Azərbaycanın tərkibində olmasının tərəfdarı idi.

Petrosyanın fikrincə, əgər keçmiş Dağlıq Qarabağ muxtar respublika statusu ilə Azərbaycanın tərkibində olarsa, o zaman ermənilər təminatlı həyat tərzinə malik olacaq.

Beş il sonra, 1997-ci ildə Levon Ter-Petrosyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gördüyünü bir daha təsdiqlədi. O, həmin ilin oktyabrın 16-da Fransanın “Mond” qəzetinə müsahibəsində həm Qarabağın “müstəqilliyi”, həm də Ermənistana “birləşməsinə” qarşı çıxıb”.

Cəlalyan Ermənistanın sabiq prezidentinin müsahibədəki bu fikirlərinə də diqqət çəkib:

“Biz “müstəqillik və ya nəyin bahasına olur-olsun Dağlıq Qarabağın ilhaqı” xarakteri daşıyan maksimalist iddiaları qaldırsaq, o zaman özümüzə sual verməliyik ki, bu, realdır, ya yox? Ermənistanın imkanları, boğucu iqtisadi blokada, beynəlxalq ictimaiyyətin təzyiqləri və mümkün sanksiyaları nəzərə alaraq belə qənaətə gəldim ki, bu, real deyil, biz bunlara dözə bilməyəcəyik”.

Sitatdan aydın olur ki, Petrosyan 1997-ci ildə də həm “müstəqillik”, həm də “ilhaq”a qarşı olub. Onda yalnız bir seçim qalırdı: Qarabağı Azərbaycanın tərkibində tanımaq”.


Müəllif: Mənsur Rəğbətoğlu