19 Mart 19:57
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçında 32 ildən sonra ilk dəfə olaraq Torpaq çərşənbəsinin tonqalı qalanıb.

Teleqraf.com xəbər verir ki, bayram tədbirində Novruz tonqalı qalanıb.

Tonqalın ətrafına yığışan Laçın sakinləri yallı rəqsi oynayıblar.

Bununlada bayram tədbiri başa çatıb.

Qeyd edək ki, tədbirdə milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunub.

Həmçinin uşaqların əyləncəsi üçün keçəl və kosanın çıxışları və bir çox əyləncəli proqramlar, hədiyyəli müsabiqələr və yarışmalar keçrilib. Kosa öz xurcununa bayram iştirakçılarının adları yazılan kağız parçalarını yığaraq müsabiqədə adları çıxan bir neçə nəfərə İsmabikes-in velosipedləri hədiyyə olunub.

Qeyd edək ki, ilk dəfə “Can Laçın” Yarmarkası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günün və Yeni il münasibəti ilə təşkil olunub və həmin vaxt belə yarmarkaların davamlı olacağı bildirilib. Bu məqsədlə ikinci böyük yarmarka məhz Novruz bayramı ərəfəsində təşkil olunub. Qeyd edəki, Novruzun gəlişini bildirən Su, Od və Yel çərşənbələri də bu il Laçında adət-ənənələrə uyğun olaraq yadda qalan anlarla qeyd edilib.

Bundan başqa, yarmarkada “Gilabi Ceramics”, “İslimi”, “Zili”, “Darayı” milli brendlərinin məhsulları sərgilənir. Laçın torpağında becərilən kənd təsərrüfatı məhsulları, Laçın xanımlarının əl işləri və şirniyyatlar, Zerti Aqrosənaye kompleksinin məhsulları da yarmarkada yer alır.


Müəllif: Teleqraf.com