25 Aprel 2017 12:12
1 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeşilcamın əfsanəvi aktrisası Türkan Şorayın kökəlməsinin səbəbi məlum olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə aktrisanın meneceri Bircan Silan məlumat verib.

O bildirib ki, Türkan Şoray kuşinq sindromundan əziyyət çəkirmiş. Məhz bu səbəbdən iki il öncə əməliyyat olunub:

“İkinci böyrəyində də eyni xəstəlik aşkarlandığına görə hazırda bununla bağlı müalicəyə başlanılıb”.

Kuşinq (Cushing) sindromu orqanizmdə kortizol hormonunun artıqlığı ilə baş qaldıran bir xəstəlikdir. Nadir xəstəliklərdən olan kuşinq sindromu kişilərə nisbətdə qadınlarda daha çox rast gəlinir.

Pərvin


Müəllif:

Oxşar xəbərlər