27 Aprel 2017 18:28
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayının 2-də əsas heyəti əlilliyi olan aktyorlardan ibarət inklüziv ƏSA Teatrının növbəti tamaşasının premyerası baş tutacaq.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, sənət ocağı tamaşaçılara bu dəfə ingilis dramaturq U. Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasını təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, rəssam Ülviyyə Mikayılova, qrafik dizayner və musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatı Nicat Qulam, geyim üzrə rəssam Leyla Əliyeva, işıq rəssamı Bünyamin Sailodur. Səhnə əsərində ümumilikdə 15 aktyor rol alıb.

Qeyd edək ki, tamaşanın nümayişi Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) tamaşa salonunda baş tutacaq.

Biletin qiyməti: 10 - 7 - 5 - 3 AZN arasında dəyişir.

Pərvin


Müəllif:

Oxşar xəbərlər