Bu barədə Teleqraf.com-a layihənin rəhbəri əməkdar mədəniyyət işçisi Aşıq Ulduz Sönməz məlumat verib.
Müsabiqə Aşıqlar Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşır.
Aşıq Ulduz Sönməz deyib ki, Gədəbəydə start götürən müsabiqə Şəmkir, Qazax, Tovuz bölgələrini əhatə edəcək. Beş gün müddətində həmin bölgələrdən olan gənc istedadlı aşıqlar seçiləcək. Onları Aşıq Ulduzun rəhbərlik etdiyi tanınmış aşıqlardan ibarət münsiflər heyəti dəyərləndirəcək:
“Gənc aşıqların müsabiqəsini keçirməkdə məqsəd aşıq sənətinə yeni gələn gəncləri dəstəkləməkdir. Müsabiqədə 15-35 yaş arası gəncləri seçərək qiymətləndirəcəyik.
Hazırda saza, aşıqlığa gələn çoxdur. İstəyirik ki, sənətinə gələn gəncləri əsl aşıq kimi yetişdirək”.
Qalib gələn üç gənc aşığa pul, üç nəfərə həvəsləndirici mükafat kimi saz təqdim olunacaq. Müsabiqədən sonra mayın 25-də Gədəbəydə konsert proqramı keçiriləcək. Yekun konsert 28 May Respublika Gününə həsr ediləcək.
Növbəti ildə gənc aşıqların müsabiqəsi respublika üzrə keçiriləcək.
Qeyd edək ki, gənc aşıqların birinci müsabiqəsi ötən il yalnız Gədəbəy bölgəsini əhatə edib..