Yəhudi əsilli aktrisa Natali Portman İsrailin siyasətini tənqid edərək, “Genesis” Mükafat Fondunun ödülünü rədd edib.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, aktrisa mükafata “yox” dediyi üçün 5 ildir ardıcıl keçirilən tədbirin bu ilki törəni ləğv edilib.
Natali Portman hər il dünyanın ən bacarıqlı yəhudisinə verilən 1 milyon dollarlıq ödüldən imtina etməklə, onların əməllərinə ortaq olmayacağını bəyan edib. Aktrisa bildirib ki, İsraildə son zamanlar yaşanan hadisələr onu ciddi narahat edir. Bu səbəbdən də hər hansı ictimai tədbirdə iştirak edərsə, özünü günahkar hiss edəcək: “Təqdimat mərasiminə qatılıb mükafatı alarsam, vicdanıma ləkə düşər”.