4 Yanvar 2020 22:30
1 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 7-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Luiza Eirin “Enuement” monotamaşası nümayiş olunacaq.

Teleqraf.com xəbər verir ki, “Enuement” termindir və keçmişə qayıdaraq özünlə söhbət etmək deməkdir. Tamaşada rejissor Luiza Eir aktyor həyatının gizli tərəflərini göstərməyə çalışır.

Hamımız bəzən keçmişə qayıtmaq və gələcəkdə buraxacağımız səhvlərdən xəbərdar olmaq istəyirik. Səhnə əsəri paxıllıq və şöhrətpərəstlikdən yan keçmək, gələcək zəfərlərdən bəhs edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər