Rusiyanın tanınmış teleaparıcısı Kseniya Şobçak yeni qalmaqalla yadda qalıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aktrisa Moskva-Sankt-Peterburq reysi ilə hərəkət edən təyyarəyə minərkən problem yaşayıb.
Buraxılış vərəqəsi olmadığı üçün Sobçak təyyarəyə buraxılmayıb. 40 dəqiqəlik gözləntidən sonra aktrisa nəhayət ki, təyyarəyə minib. Burada ekipaj üzvləri ilə mübahisə edən aktrisa onları təhqir etməkdən və pilot kabinasının qapısını təpikləməkdən çəkinməyib. Baş verənlər sərnişinlərdən biri tərəfindən həvəskar kamera ilə lentə alınıb.
Həmin görüntüləri təqdim edirik:
Elvin