10 İyun 2016 22:53
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Microsoft” korporasiyası “.NET Core” və “ASP.NET Core RC2 Beta” məhsullarında aşkar edilmiş boşluqlar üçün 15 min dollar məbləğində mükafat vəd edir.

Bu həftə “Microsoft” şirkəti “.NET Core” və “ASP.NET Core RC2 Beta” məhsullarında aşkar edilmiş boşluqlar üçün yeni mükafatlandırma proqramına start verib.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən xəbər verir ki, mükafatlandırma proqramı cari ilin 7 iyun tarixindən 7 sentyabr 2016-cı il tarixinədək qüvvədə olacaq. İstehsalçı aşkar edilmiş boşluq üçün 500 ABŞ dolları məbləğində minimum mükafat vəd edir. Maksimum mükafat 15 min dollar təşkil edəcək.

Şirkət məhsullarını mükafatlandırma proqramına əlavə etməklə proqramların yekun versiyasının buraxılışından öncə tədqiqatçılar cəmiyyətindən maksimum rəy almağa ümid edir.

Mükafatlandırma proqramı “.NET Core”, “ASP.NET Core RC2 Beta” və bu proqramların sonrakı versiyalarına şamil olunur. Proqramda iştirak etmək istəyən tədqiqatçılar “Windows”, “OS X” və “Linux” platformalarında işləyən “.NET Core”, “ASP.NET Core RC2 Beta” adlı proqramlarda aşkar edilmiş boşluqlar haqda hesabatlarını göndərə bilərlər.

Mükafatlandırma proqramında iştirak edən proqramları bu linkdən yükləmək olar.


Müəllif:

Oxşar xəbərlər