12 İyul 2016 23:28
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda azyaşlı uşağın əlindən tutaraq üçüncü mərtəbədəki evin pəncərəsindən bayırda oynadan atanın videosu sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Teleqraf.com saytı “Xəzər xəbər”ə istinadən bildirir ki, video qonşular tərəfindən lentə alınıb.

Psixoloqlar atanın öz övladı ilə belə hərəkətini normal hesab etmirlər. Hətta bu hərəkətinə görə o, ailə qanunvericiliyinə əsasən valideynlik hüququndan məhrum da edilə bilər.

Ekspertlər valideynləri ehtiyatlı olmağa çağırırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Müəllif:

Oxşar xəbərlər