13 İyul 2016 22:45
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Samsun şəhərində 37 yaşlı Umut Şimşək sevgilisi ilə restoranda yemək yeyərkən qətlə yetirilib.

Teleqraf.com Türkiyə mediasına istinadən məlumat verir ki, hadisə Canik mahalı Karşıyaka məhəlləsindəki bir restoranda baş verib.

Onlar yemək yeyən zaman restorana iki nəfər daxil olub. Bu zaman onlardan biri Umut Şimşəyə atəş açıb və hadisə yerini tərk edib. Şimşəyin həyatını xilas etmək mümkün olmayıb. Cinayət olayı təhlükəsizlik kamerasına düşüb.

Hadisəni 17 yaşlı gəncin törətdiyi bildirilir.

Ruslan


Müəllif:

Oxşar xəbərlər