25 Avqust 2016 08:06
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə şəxsi hesaba malik olan və onlara xas olmayan xüsusiyyətlər nümayiş etdirməyə çalışan insanlar stress keçirir və təcrid olunmuş həyat tərzi sürürlər. “Facebook” sosial şəbəkəsində araşdırma aparmış Tasmaniya Universitetinin alimləri belə qərara gəlib.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, alimlərin sözlərinə görə, onların məqsədi sosial şəbəkədə öz alter-eqosundan istifadə zamanı yaranan vəziyyəti qiymətləndirmək olub. Onlar istifadəçilərin həqiqi və virtual şəxsiyyətlərini, sosial bağlılıq dərəcəsini və psixoloji rifahını, həyəcan, stress və depressiya səviyyəsini müqayisə ediblər. Araşdırmada 164 nəfər iştirak edib.

Hazırda planet əhalisinin sayı 7.4 milyard nəfər, “Facebook”un aktiv istifadəçilərinin sayı isə təxminən 1,7 milyard nəfərdir. Alimlər belə hesab edirlər ki, əgər sosial-psixoloji problemləri olan insanlara özlərini həm real həyatda, həm də “Facebook” sosial şəbəkəsində eyni cür aparmağa imkan verən metod hazırlanarsa, bu, stressin səviyyəsini azaltmış olar.


Müəllif:

Oxşar xəbərlər