7 Sentyabr 2016 08:36
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ilk dəfə üz dərisini dəyişən fransız İzabella Dinoire dünyasını dəyişib. Teleqraf.com xəbər verir ki, 49 yaşlı qadın bu il aprel ayında ölsə də, xəbər mediada gec yayılıb.

İzabella Dinoire 38 yaşında olarkən itin hücumuna məruz qalıb və üzünün dərisini dəyişmək qərarına gəlib. Əməliyyat uğurlu keçib.

2005-ci ildə həkimlər ona yeni burun və ağız köçürmüşdülər.

Lakin immunosupressiya dərmanlarından çox istifadə etdiyi üçün onun bədəni zəiflədi və apreldə onda xərçəng xəstəliyi yarandı.


Müəllif:

Oxşar xəbərlər