28 Sentyabr 2016 22:14
1 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibinin tətildə olduğu evə oğurluğa girən kişi və qadın cütlük lüt yaxalanıblar.

BAKU.WS xəbər verir ki, hadisə Amerikada baş verib. Bir həftəlik tətildən qayıdan Ceymi Barnes evə qayıdarkən mənzildə oğrular olduğunu görüb. Açıq qapıdan otağa daxil olan ev sahibəsi bir kişi və bir qadının qonaq otağındakı divanda intim münasibətdə olduğunu görüb.

Ev sahibinin süpürgə ilə hücumuna məruz qalan kişi oğru aradan çıxa bilib. Qadın isə lüt olduğuna görə, qaça bilməyib. O evdən oğurladığı paltarlardan birini geyinərək qaçmağa çalışsa da, hadisə yerinə çağırılan polislər tərəfindən saxlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, oğru cütlük evdən dəfələrlə paltar aparıblar. Onlar oğurladıqları paltarları brend mağazalardan birinə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər