1 Oktyabr 2016 08:52
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Panasonic” şirkəti “ağıllı” geyim və daşınan qurğular üçün elastik litium-ion akkumulyator təqdim edib.

Qalınlığı 0,55 mm təşkil edən batareya dəfələrlə əyildikdən (radius - 25 millimetrədək) və burulduqdan (öz oxu üzrə 25 dərəcə) sonra yenidən enerji ilə doldurulur və işləmə xüsusiyyətlərini saxlayır. Onun üstünlüyü məhz bundadır: ənənəvi litium-ion akkumulyatorlardan fərqli olaraq yeni batareya formasını dəyişmir və buna görə əyiləndə sınmır.

Teleqraf.com “ICTnews”-a istinadən yazır ki, belə xüsusiyyətlərə akkumulyatorun, prinsipcə, yeni daxili strukturu və laminar üst qatdan istifadə sayəsində nail olmaq mümkün olub. Yaponiya istehsalçısının məlumatına görə, elastik akkumulyator minlərlə ardıcıl əymə və ya burulmadan sonra özünün əvvəlki tutumunun 99 faizini saxlayır. Bununla belə, yuxarıda qeyd edildiyi kimi, əyilmənin maksimum radiusu 25 mm, burulma bucağı 25 dərəcə təşkil edir. Bundan əlavə, akkumulyator sızma və qızmadan etibarlı qorunub ki, bu da ondan bilavasitə insan bədəni yaxınlığında (bunun sayəsində daşınan qurğular və “ağıllı” geyimlə inteqrasiya mümkün olur) olan qurğularda istifadəyə imkan verir. Texnologiya Yaponiyada 25 patent hüququ, eləcə də sifarişlər nəzərə alınmaqla 15 beynəlxalq patentlə qorunur.

“Panasonic” yeni akkumulyatoru oktyabrın 4-7-də Yaponiyada keçiriləcək "CEATEC 2016” beynəlxalq sərgisində nümayiş etdirməyi planlaşdırır. Elastik akkumulyatorun ilk nümunələrinin tədarükünə bu il oktyabrın sonunda başlamaq nəzərdə tutulur. Həmçinin şirkət gələcəkdə akkumulyatorların qalınlığının kiçildilməsi üzərində çalışmaq niyyətindədir.


Müəllif:

Oxşar xəbərlər