Türkiyənin paytaxtı Ankarada qadın 10 yaşlı oğluna olmazın işgəncələr verib. Teleqraf.com "Hürriyet"e istinadən xəbər verir ki, əri tərəfindən işgənclərə məruz qalan Ayşe Özat adlı qadın qisasını fiziki baxımdan atasına oxşayan oğlu Baran Efeden alıb.
Boşandıqları zaman iki övladları dövlətə məxsus uşaq evlərinə verilib. Amma bir müddət sonra övladlarını geri alıb.
Övladlarından biri - Bara Efe atasına oxşadığı üçün altı ay boyunca anası ona işgəncələr verib - üzərinə qaynar su töküb, cinsiyyət orqanına kəsici alətlərlə xəsarət yetirib, ac-susuz saxlayıb və s.
Oğlunun öldüyünü sayan qadın son anda onu xəstəxanaya yerləşdirib.
Araşdırmalar zamanı uşağın anası tərəfindən işgəncəyə məruz qaldığı təsdiq edilib. Qadın hər şeyi etiraf edib və bildirib ki, oğlu ona işgəncə verən ərinə çox oxşadığı üçün bu hərəkəti edib.
Polis faktla bağlı araşdırma aparır.
Ayxan