5 Noyabr 2016 08:05
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada valideynlər dövlət məktəblərində övladlarına verilən ev tapşırıqlarının çox olmasından şikayətlənərək tətil edirlər.

Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, ölkə boyunca 12 000 məktəbin şagirdlərindən noyabr ayında həftə sonu tapşırıqlarını etməmək tələb olunacaq.

Tətili təşkil edən İspaniya Valideynlər Assosiasiyası Alyansı (CEAPA) hesab edir ki, ev tapşırıqları uşaqlara mənfi təsir edir.

İspaniya 2012-ci ildə ev tapşırığı liqası cədvəlində yuxarı yerləri tutub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının PİSA tədqiqatı aşkar edib ki, ispan uşaqlar və yeniyetmələr 38 ölkədən ibarət qrupdakı digər ölkələrdə orta 4.9 saat ev tapşırığı ilə müqayisədə daha çox - 6.5 saat ev tapşırığı edirlər.


Müəllif: