Meksikada yaşayan 32 yaşlı Xuan Pedro dünyanın ən kök insanı adını almağa yaxındır.
Məlumatlara görə, Pedronun çəkisi 500 kiloqramdır. O, həkimlərə müraciət edərək, arıqlamaq istədiyini bildirib. Bunun üçün analiz verməli olan Pedronu xəstəxanaya xüsusi texnika ilə gətiriblər.
Qeyd edək ki, dünyanın ən kök insanı olan 48 yaşlı meksikalı Manul Uribe 2 il əvvəl dünyasını dəyişib. Onun çəkisi 560 kq olub.
Elvin