3 Yanvar 2017 00:39
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Adana şəhərində həyat yoldaşından ayrılan E.Y. barışmaq üçün havaya atəş açıb və daha sonra oğlunu girov götürüb.

Teleqraf.com xəbər verir ki, E.Y həyat yoldaşının evə dönməsi tələbilə balkona çıxaraq havaya atəş açıb və onunla qalan azyaşlı oğlunu girov götürdüyünü bildirib.

Hadisə yerinə gələn polislər E.Y-nin oğlunu öldürmək fikiri olmadığını, sadəcə ondan istifadə edərək həyat yoldaşının geri dönüşünü təmin etmək istədiyini müəyyən ediblər.

Aparılan danışıqlardan sonra E.Y polisə təslim olub.

Ayxan


Müəllif:

Oxşar xəbərlər