28 Mart 2017 10:02
1 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Həsən Ruhaninin Novruz tətili zamanı paytaxt Tehran yaxınlığındakı dağlardan birində gəzinti zamanı çəkdirdiyi foto fikir ayrılıqlarına səbəb olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, prezidentin İnstagram hesabında paylaşılan fotoda Ruhaninin bir oğlan iki qızla bir yerdə olması və qızların saçlarının çox hissəsinin görünməsi əks olunub.

Mühafizəkarlar bu fotonun İslam qanunlarına zidd olduğunu bildiriblər. Bəziləri isə görüntünün bu il ölkədə keçiriləcək prezident seçkilərində Ruhaninin qələbə qazanmasına yol açacağını deyiblər. Fotonu qısa müddətdə 17 min insan bəyənib.

Elvin


Müəllif: