9 Aprel 2017 18:57
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur "Esquire" kişi jurnalı 15 ölkədən 22 yaşda olan 11 min qadınla "qlobal seks araşdırması" sorğusu keçirib.

Araşdırmaya görə seksə ən düşkün İtaliya qadınlarıdır. Onların 83 faizi qucaqlaşmaq əvəzinə cinsi əlaqə üstünlük verir. İsveçli qadınların yeni tanış olduqları biri ilə yatağa girmələri üçün yalnız 4 dəfə görüş kifayət edir.


Bu nisbət ABŞ-da isə 63 faizdir. Ən erkən bakirəliyini itirən qadınlar ABŞ, Almaniya, İngiltərə, İsveç və Hollandiyadadır. Bu ölkələrdə ilk dəfə cinsi əlaqəyə girmə yaşı orta hesabla 16-dır. Bu yaş İspaniyada 17, Braziliya, İsrail və Polşada 18, İndoneziya isə 21-dir. Braziliya, Rusiya və İsrailli qadınlar 22 yaşına qədər orta hesabla 10 nəfərlə birlikdə olur. ABŞ-da bu rəqəm 9, İndoneziyada isə 2-dir. "Neçə görüşmədən sonra cinsi əlaqə baş verməlidir" sualına İsveçli qadınlar 4 görüş cavabını verib. Hollandiyalılar yatağa ən az 4-7 görüşdən sonra girməyi üstünlük verir. Amerikalı qadınlara görə bir qadına yaxınlaşmayın ən yaxşı yolu sözə "Sizi bir yerdən tanıyıram"? -deyə başlamaqdır. Braziliyalı qadınlar isə "çox oxşayırsınız" sözünü üstünlük verir. Amma dünya qadınları "gözlərin çox gözəl" sözündə birləşir.
/Modern.az/


Müəllif: