20 Avqust 2014 12:30
1 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Chanel № 5 - əfsanəvi ətir. O, qeyri-adi qoxusu və incəliyi ilə insanı valeh edir. Chanel № 5-lə Koko Şanel özünə sağlığında heykəl qoyub. Nədir axi onun sirri?

Düz 131 il əvvəl avqustun 19-da Qabriel Şanel dünyaya gəlib. O, xurafata inanan insan olub. Və hesab edib ki, onun düşərli rəqəmi 5-dir. Bu ətirin yaranması da bir sıra hadisələrin üst – üstə düşməsi ilə əlaqədardır. Deyirlər ki, onun hekayəti 1919 –cu ilin dekabr gecəsində başlayıb. O gecə Kokonun sevgilisi biznesmen Artur Keypel vəfat etmişdi. Dərdli Şanel Venesiyaya dostlarının yanına fikrini dağıtmaq üçün gedir. Bir müddət sonra o, Venesiyada rus çarı Nikolayın əmisi oğlu, knyaz Dmitriylə tanış olur. Məhz o, Kokonu şəxsi parfümeri Ernesto Bo ilə tanış edir. Bo Kokoyla işləmək üçün dəvət və ətir hazırlamaq tapşırığı alır. O, 5 cür kompozisiya hazırlayır. Məhz 5-ci kompozisiya Şanelin ürəyincə olur. Ona kiçik əlavələr edərək elə beləcə də adlandırırlar - Chanel № 5

Koko deyirdi ki, belə adın həm də tərcüməyə ehtiyacı yoxdur. Bir də axı 5 rəqəmi xurafatçı Şanelin uğurlu rəqəmi idi...

Bu lahiyə ilə onun evi də daxil olmaqla bütün butikləri ətir saçırdı.

Evdə Koko onu daş sobaya tökərdi ki, bütün ev bu ətri versin.


İlk dəfə Chanel № 5-in reklamına çəkilən da elə Koko özü çəkilib. O, evindəki sobanın yanında duraraq foto çəkdirir. Həmin şəkil 1937-ci ildə o zaman məşhur olan Harper's Bazaar jurnalında dərc olunur...

Ülkər


Müəllif:

Oxşar xəbərlər