2 Sentyabr 2014 18:03
1 517

Ən ucuzundan başlayaq.

Tukan: Qiyməti 5000$-10.000$ arasında dəyışir.


Bu quşlar əsasən, Cənubi Amerikada, Meksikada və Karib dənizi sahillərində yaşayırlar. Tukanlar oxuyarkən sanki “Tukano” deyirlər. Buna görə də onlara “Tukan” adı verilib. Elmə onların 37 növü məlumdur. Çox tez əhilləşirlər və tutuquşular kimi əyləncəli quşlar hesab olunurlar.

De Brazza Meymunu: Qiyməti 7000$-10.000dollar arasında dəyişir. Bu meymunlar adını fransiz alimi Pyer de Brazzadan alıblar.Afrikada yaşayırlar. Qəribə heyvanlardır. Qorxanda qulaqbatırıcı səslər çıxarırlar. Sulu yerlərdə gizlənməyi sevdiklərindən yerli əhali onalara “Bataqlıq meymunu” adını verib.

Amerika Sünbül Tutuquşusu: Qiyməti 14. 000 dollar.

Mərkəzi və Cənubi Amerikada yaşayır. 1metrlik boyu ilə ən böyük tutuquşudur. Dimdiyi o qədər güclüdür ki, dəmir qəfəsi sökə bilər.

Kəsici Böcək: Qiyməti 89.000$-dır.

Qəribə uzun ayaqları vardır. Nadir tapılan bir növ olduğundan qiyməti də bahadır.

Bəyaz şirlər: Qiyməti: 138.000 dollardır.

Dünyada cəmi 300 belə çir qaldığından satışı qadağandır və qırmızı kitaba salınıb. Mavi gözləri və ağ tükləriilə görənləri valeh edir.

Lanselot: Qiməti 155.000 dollardır.

Lanselot itin adıdır. Onun özəlliyi bundan ibarətdir ki, klonlaşdırımıb. Amerikada yaşayan bir ailə çox sevdikləri köpəkləri öldüyü üçün 10 il əvvəl onun DNK-nı çıxarıb itlərini klonlaşdırıblar. Bu onlara 155000 dollara başa gəlib.

Missy: Qiməti 1,200,000 dolardır.

Bu inək Holsteyn cinsindəndir. Missy qatıldığı Beynəlxalq Qış şousunda ən qabiliyyətli inək seçilmişdi. Qabiliyyətli olması və öyrədilən hər şeyi tez qavrayıb yerinə yetirməsi onu dünyanın ən bahalı inəyinə çevirib.

Ülkər

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.


Müəllif: