Tanınmış milyarder Riçard Luqner “Playboy” modeli ilə evlənib.
ANS PRESS-in məlumatına görə, 81 yaşlı milyarder Riçard Luqner uzun müddətdir nişanlı olduğu 24 yaşlı Keti Şmitslə evlənib.
Avstriyanın ən böyük tikinti şirkətinin və alış-veriş mərkəzini sahibi olan Riçard Şönbrun sarayında evlilik mərasimi təşkil edib. Mərasimdə bir sıra tanınmışlar qonaq olublar.
Beşinci dəfə evlənən iş adamı bu dəfə yaxşı bir ailəsi olacağını ümid edir.
“Böyük bir yaş fərqini nəzərə almasaq, elə bir uyumsuzluğumuz yoxdur. Tək qalmaq çətindir.” – deyə “təzə bəy” bildirib.
Qeyd edək ki, iş adamının 5-ci həyat yoldaşı “Playboy” modeli olaraq tanınır.