17 Sentyabr 2014 13:11
2 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəlin toylarından bir neçə həftə əvvəl, ani bir ölümlə itirdiyi nişanlısına fotosessiya hazırlayıb.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə , gəlin "vida" fotolarında məhəbbətin belə böyük bir fəlakətdən sonra nəyə bənzədiyini izah etməyə çalışıb.

1. Toydan təxminən 2 ay əvvəl, Caninenin nişanlısı Conni faciəli şəkildə vəfat edib. Canine sevgilisini yad etmək üçün toya aldığı gəlinliklə fotosessiya etdirmək qərarı verib.


2. Taleyi ilə barışmağa çalışan qadın gəlinliklə Meksika sahilində fotosessiya etdirmək istədiyini deyib.

3. Canine toy üçün hazırlanmış əl işi olan gəlinliyin artıq xoşbəxtliyi deyil, böyük itkinin acısını xatırladan simvol olduğunu bildirib.

4. Fotoqraf Met Adkok karyerası boyunca başqa heç bir hadisədən bu qədər ilham almadığını dilə gətirib.

5. "Caninenin hekayəsini eşitdikdən sonra, əlimdən gələnin ən yaxşısını edərək ona heyranedici bir macəra yaratmaq istədim": Adkok deyib.


6. Canine bloqundakı yazısında çəkilişlər zamanı nişanlısının ona gülümsəyərək baxdığını yazıb.

7. Canine : "Həyatıma davam edib dünyanı kəşf etmək, yaşadığımı bölüşə biləcəyim insanlarla tanış olmaq istəyirəm. Çəkilişdən sonra bunun mümkün ola biləcəyini hiss etdim" deyib.

8. O, yaxınlarını itirənlərə də məsləhət verib : "Qəlbinizi dinləyin".

9. "Əzab çəkirsən və gələcəkdə nə edəcəyinə qərar vermək üçün zamana ehtiyacın olur".

10. "Ağlamağa və tək qalmağa (çox deyil) haqqınız var. Ailəniz və dostlarınız yanınızdadırsa, kürəyinizi onlara söykəyin".

11. "Çəkilişlər zamanı çox yaxşı vaxt keçirmişəm. Əslində, Connini itirdiyimdən sonra ilk dəfədir ki belə əylənirəm".

12. "Kömək əlinizi uzadın və heç vaxt hərəkətləriniz üçün üzr istəməyin, çünki güclüsünüz və ən yaxın zamanda bununda öhdəsindən gələcəksiniz”

Rüstəm


Müəllif: