23 Sentyabr 2014 14:59
3 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cümhuriyyətinin Daxili İşlər Naziri Uluçay ölkədəki gecə klubları haqqında açıqlama verib.

Teleqraf.com-un Türkiyə mətbuata istinadən verdiyi xəbərə görə, Uluçay 39 gecə klubunda 361 qadının çalışdığını bildirib.

Nazir ölkədəki gecə klubları haqqında bir sıra açıqlamalar verib. O, gecə klublarında çalışan və pul qarşılığı cinsi əlaqəyə də girən qadınların qanuni olaraq xidmət verə biləcəyi bir sistem yaradılmasına çalışıldığını bildirib.

Daxili İşlər Naziri Uluçay ölkədə cəmi 41 gecə klubunun icazəsinin olduğunu, ikisinin icazəni yenilənmədiyi səbəbindən 39-nun fəaliyyət göstərdiyini qeyd edib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər