“Samsung” şirkəti məlumatların Wi-Fi üzərindən ötürülməsi sürətini əhəmiyyətli dərəcədə artırıb. Teleqraf.com xarici KİV-ə itinadla xəbər verir ki, şirkət internetdə sürəti 5 dəfə artıraraq 4,6 qiqabayt saniyəyə çatdırmağa nail olub.
Bu, 1 saniyədə 575 meqabayt (mb) həcmində informasiyanı ötürməyə imkan verəcək. Bundan öncə isə maksimum sürət 866 meqabit saniyə təşkil edirdi və 1 saniyədə ötürülən məlumatın həcmi 108 Mb idi.
Mütəxəssislər sabit siqnal formalaşdıran modem və antenna da hazırlayıblar. Bu yeni standartın geniş istifadəsinə 2015-ci ildən başlanacağı gözlənilir