25 Oktyabr 2014 02:58
966
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Teleqraf.com-un məlumatına görə, axşama doğru şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Temperatur gecə 10-13° isti, gündüz 16-21° isti, axşama doğru 8-12°, Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti, axşama doğru 10-12° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və axşam 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti
Şimal və şərq rayonlarından başlayaraq havanın yağıntılı olacağı gözlənilir.
Şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Temperaturun gecə 9-14° isti, gündüz 20-15° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyinin arabir 18-23 m/s-yə çatacağı istisna olunmur.
Temperaturun gecə 4-9° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Şimal-qərb küləyinin arabir 15-20 m/s olacağı, gündüz arabir 25-30 m/s-yə çatacağı istisna olunmur.
Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir

Şimal-qərb küləyinin 15-20 m/s, gündüz arabir 23-28 m/s olacağı, axşam bəzi yerlərdə 30-33 m/s-yə çatacağı istisna olunmur.
Temperaturun gecə 6-11° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir havanın yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyinin 15-20 m/s olacağı, gündüz arabir 25-30 m/s-yə çatacağı istisna olunmur.
Temperaturun gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı, axşam bəzi rayonlarda 30-33 m/s-yə çatacağı istisna olunmur.
Temperaturun gecə 9-14° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Şimal-şərq küləyinin 15-20 m/s olacağı, axşam arabir 25-30 m/s-yə çatacağı gözlənilir.
Temperaturun gecə 13-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 8-13° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Müəllif: