9 Noyabr 2014 22:59
1 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabr ayında oğlunu qucağına almağa hazırlaşan məşhur türk aktirisası Pelin Karahan ad gününə az vaxt qalmış “baby shower” partisi hazırlayıb.

Teleqraf.com xəbər verir ki, ailəsini və yaxın dostlarını dəvət edən Pelin Karahan fotoları İnstagram səhifəsində paylaşaraq sevənlərinə və yaxınlarına təşəkkür edib: “Biz bugün "baby shower'imizi etdik. Təbii ki, hər zaman yanımda olan canım dostlarım, ailəm... Hamınıza çox təşəkkür edirəm. Bizimlə birlikdə oğlumuzu qarşılama həyacanına şahid oldunuz. Son olaraq da sosial mediadan arzularını göndərən hər kəsə buradan təşəkkür edirəm. Tanış olmasaq da, bir-birimizi heç bilməsək də, qəlblər birdir”.

Aktrisanın “baby shower” partisində iştirak edən Özge Ulusoy da İnstagramdan fotolar paylaşıb və bu statusu yazıb: “Özü qədər qəlbi gözəl rəfiqəmin "baby shower'indəyik. Maşallah deyək, nəzər duası oxuyaq”.

Qeyd edək ki, Pelin Karahan iyunun 24-də iş adamı Bədri Güntayla evlənib. Evləndiyi zaman 3 aylıq hamilə olan P.Karahan keçmiş ərindən boşandıqdan sonra 300 günlük boşanma müddətini gözləməmək üçün məhkəməyə müraciət edib. O, hamiləlik səbəbindən yenidən evlənməyə icazə istəmişdi.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər