17 Noyabr 2014 06:13
921
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yuxu hər bir canlı varlıq, xüsusən, insan üçün vacibdir. Danılmaz faktdır ki, normal yuxu rejiminə riayət etmədən normal həyat fəaliyyəti də mümkün deyil.
Həyatımızın üçdə birini yataraq keçirdiyimiz bir həqiqətdir. Fiziki sağlığımız üçün yuxu keyfiyyəti və norması yediyimiz qidalar qədər önəmlidir. Ancaq yuxuya niyə ehtiyacımızın olduğu hələ də tam aydın deyil.
Enerjimizi artırdığını, əhvalımızı yüksəltdiyini bilirik. Bəs bütün orqanlarımız yuxu zamanı dincələrkən beynimiz niyə hələ də çalışır? Elm adamları bunu araşdırıb. Teleqraf.com müvafiq araşdırmanın nəticələrini təqdim edir.
Yuxu zamanı bütün bədənimizin yavaşladığını bilirik. Beyin istisnadır. O, durmaq bilmir! 24 saat eyni sürətlə, eyni şəkildə çalışır.
Vacib qərarlar yuxuda yuxuda verilir
Beyin yuxu zamanı gün ərzində yaşadıqlarımızı təhlil edir və səhər oyandığımızda nə cür davranmağı artıq bilmiş oluruq. Araşdırmalar göstərir ki, yuxu zamanı işləməyə davam edən şüuraltı “qərar vermə” mexanizmi daha da sürətlənir.
Xatirələri qüvvətlənir
Yuxu zamanı beyin o gün yaşadığmız hadisələrə şəkil verir. Hətta digər xatirələrlə birləşdirib ta uşaqlıq xatirələrinə qədər aralarında güclü bir bağ yaradır. Yeni məlumatları möhkəmləndirmək və sonra yaxşı xatırlamaq üçün yuxuya ehtiyacımız var. Gecə yatmadan əvvəl öyrəndiklərimizin səhər tezdən daha yaxşı yadımızda qalması da bununla bağlıdır. Ancaq imtahanla bağlı olaraq “səhərə qədər yatmadan oxuma” planı qurmadan əvvəl bir düşünün, yuxuya mütləq ehtiyacınız var.
Ən yaxşı kəşflər yuxuda edilir
Yuxu yaradıcılığın ən yaxın dostudur. Oyanıqkən ağlınıza gəlməyən şeylər yatarkən gələ bilər.
Toksinləri təmizləyir
Yuxu zamanı beynimiz bir az da təmizlik işləri ilə məşğul olur. İrəliləyən yaşlarda Alzehmir və Parkinsona yol açacaq zərərli molekullar yuxu zamanı beyindən təmizlənir.
Uzunmüddətli bacarıqlarımızı möhkəmləndiririk
Maşın, velosiped sürmək, tenis oynamaq, ya da başqa bacarıqlarımızı yuxu zamanı möhkəmləndirir və daha da avtomatik hala gətiririk. Beynimizin “uzunmüddətli hafizə” bölməsi REM yuxusundaykən qızışdırılır.

Müəllif:

Oxşar xəbərlər