26 Noyabr 2014 23:19
655

Azərbaycanın ilk milli telekommunikasiya peyki olan “Azərspace” üzərindən yayımlanan televiziya və radio kanallarının sayı gündən-günə artmaqdadır.

Teleqraf.com-un Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istinadla verdiyi məlumata görə, hazırda peyk üzərindən ümumilikdə 130 kanal yayımlanır.

Sözügedən kanalların 117-si televizya, 13-ü isə radiodur.

Qeyd edək ki, “Azərspace” üzərindən 8 dildə televiziya və radio kanalları yayımlanır.

Bu dilllərə Azərbaycan (12 kanal), gürcü (35 kanal), rus (43 kanal), türk (11 kanal), ukrayna (6 kanal), fars (1 kanal), əfqan (2 kanal), ingilis (4) dilləri daxildir.

İLHAMƏ


Müəllif:
Загрузка...