İtaliyalı biznesmen Canluka Qreqis idman avtomobilləri istehsal edəcək "Gregis Automobili" şirkətini yaradacaq.
Teleqraf.com xəbər verir kki, yeni istehsalçının ilk avtomobili 130 min avro dəyərində olan 500-güclü rodster olacaq. ATS kimi "Gregis Automobili" də İspaniyanın Tenerife adasında, Kanar adalarında yerləşəcək və burada avtomobilin istehsalı ilə italiyalı mühəndislər məşğul olacaqlar. Qreqisin sözlərinə görə, onların ilk modeli "Miranda" adlı rodster olacaq.
Bu avtomobil "Lancia Aurelia" kimi, klassik itanlayn kabrioletlərinin xatirəsinə istehsal ediləcək. Hazırda "Miranda" istehsal mərhələsindədir. Şirkət avtomobilin çəkisinin 1130 kiloqramdan artıq olmayacağına ümid edir, mühərrikin gücü isə 500 a.g. olacaq. İstehsalçı 8- və ya 12-silindrli mühərrikdən istifadə etməyə hazırlaşır.
Teleqraf.com avtomobilin fotolarını təqdim edir :
Rüstəm