Türkiyədə ilk dəfə 1874-cü ildə görülən qütb qağayısı 140 il sonra yenidən Rizə şəhərində görünüb.
Teleqraf.com-un məlumatına görə, qağayını həm canlı görmək, həm də lentə almaq üçün Trabzon, Samsun, Adana, İzmir və digər şəhərlərdən gələn fotoqrafçılar həyacanlı olduqlarını və bunun üçün özlərini xoşbəxt hiss etdiklərini bildiriblər.
Qeyd edək ki, Qütb Qağayısı bundan əvvəl 1874-cü ildə İstanbulda görülmüşdü.