18 Dekabr 2014 02:29
852
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dekabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, gündüz arabir 16-20 m/s-dək güclənəcək. Temperatur gecə 4-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Temperaturun gecə 2-7° isti, gündüz 8-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperatur gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 2-7° isti, gündüz 8-12° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq.
Cənub-qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 5-7° isti, gündüz 8-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-8° isti olacağı gözlənilir.

Müəllif: