22 Dekabr 2014 10:27
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Facebook"a məxsus olan "Instagram" sosial şəbəkəsinin dəyəri 35 milyard təşkil edir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "Citibank" investisiya bankının analitiki Mark Mey belə qiymətləndirmə təyin edib. Bundan əvvəl bank "Instagram"ı 19 milyard məbləğində qiymətləndirib. Mey bildirib ki, sözügedən fotoxidmətin bahalaşması istifadəçilərin sayının və reklam gəlirlərinin artımı ilə bağlıdır.

"Bloomberg"nin məlumatına görə, 35 milyard dollar məbləğində qiymətləndirilmiş "Instagram" dəyərinə görə "American Airlines" və "Kraft Foods" kimi şirkətlərlə müqayisə edilə bilər.

Qeyd edək ki, "Facebook" təxminən 2012-ci ilin aprelində "Instagram" fotoxidmətini 1 milyard dollara satın alıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər