6 Yanvar 2015 08:41
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü il bitdi və xeyli müəmmaları da özü ilə apardı. 12 ay ərzində 13 sirrin izi qaldı. Onlar hansılardır?

1. MH370 saylı sərnişin təyyarəsinə nə oldu?

Maleyzya Hava Yollarına aid MH370 sərnişin təyyarəsi sirrli halda yoxa çıxdı, uzun axtarışların heç bir nəticəsi olmadı.

2. Bardarbunqa nəyə görə hələ də püskürür?

İslandiyadakı Bardarbunqa vulkanı ötən ilin avqust ayının sonlarından indiyədək püskürməkdə davam edir. Püskürmənin dayanmasının sirri hələ də araşdırılır.

3. Adnanın hekayəsi, yaxud Hae Min Lee-ni kim öldürüb?

1999-cu ildə sevgilisi Hae Min Lee-ni öldürməkdə günahkar bilinən və həbs olunan Adnan Syedin yazdığı hekayə əsasında ötən il "Serial" adlı çoxseriyalı film nümayiş olundu. Filmdə təqdim olunan faktlar əsasında həmin cinyət işi üzrə yenidən tədqiqat başladı. Məlum oldu ki, Hae Min Lee-ni öldürəni kimsə görməyib. Bəs Hae Min Lee-ni kim qətlə yetirib? Bu sirr olaraq qalır.

4. Subirdəki çökən çuxurların sirri

2014-cü ildə Rusiyanın uzaq şərqində 3 dərin və nəhəng çuxurlar əmələ gəldi. Əvvəl bunun qaz partglaması nəticəsində baş verdiyi deyilsə də, bunu sübuta yetirəcək dəlillər tagpılmadı.

5. Qızılların sirri

2014-cü ilin martında Kaliforniyada bir cütlük 19-cu əsrə aid 10 milyon dollar dəyərində olan qızıl pullar tapdılar. Tarixçilərin qedyinə görə, 1901-ci ildə eyni dəyərdə olan qızıl pullar oğurlanmışdı. Ötən il Kaliforniyada tapılan həmin qızılların oğurlanmış qızıllarla eyni olub-olmaması məsələsi hələ də araşdırılır.

6. Məşhurların fotoları necə hack edildi?

Avqust ayında 4chan adlı haker məşhurların milyonlarla fotoqrafını iCloud hesablarından oğurlayaraq internetdə yaydı. Aralarında Jennifer Lawrence, Scarlett Johansson və Kim Kardashianın olduğu çox sayda məşhur bu qarətin qurbanı oldu. Apple oğurluq halının baş verdiyini təsdiqlədi. Ancaq hakerlərin kim olduğu hələ dünya ictimaiyyətinə açıaqlanmayıb. Federal Təhqiqat Bürosu hələ də susur

7. Ay planeti varmı?

Elm adamları ötən il günəş sistemi xaricində ilk dəfə kəşf edilən Ay planetini tapdıqlarını düşündülər. Amma Astronomlar bunun hələ də Ay olub-olmadığını dəqiqləşdirməyiblər.

8. Stounhencin sirri daha da qəlizləşdi

Stounhencin (təxminən 2500 il bundan əvvəl tikilmişdir. Alimlər hesab edirlər ki, bu abidə günəş şüasının düşmə dərəcəsini ölçür. Mayk Pirson belə hesab edir ki, Stounhenç bir neçə mərhələdə 1500 il ərzində inşa edilmişdir. 1986-cı ildə UNESCO tərəfindən "Dünya İrsləri” siyahısına daxil edilən eramızdan əvvələ aid Stounxedj abidəsi Birləşmiş Krallıqda Uiltleonun, Amesbury ingilis qraflığının 2 mil qərbində, Solsberinin 8 mil şimalında yerləşir. Dünyada ən məşhur sahələrdən biri olan Stounxedj yerə bərkidilməklə böyük daşlar yığımı quraşdırılmış prospektdən ibarətdir. Arxeoloqlar bu abidənin e.ə. 3000 – e.ə. 2000-ci illər aralığında tikildiyini güman edir - red.) altında aparılan axtarışlar zamanı, sirrli qayaların altında daha 17 məbəd aşkar olundu. Bu tapıntı əvvəlki fərziyyələri yoxa çıxartdı. Hələ də Stounhençin nə üşün qurulması öz sirrini aşkara verməyib.

9. Sony-ni kim hack etdi?

Sony Pictures-in hack edilməsi nəticəsində çox sayda film və şou dünyasını sarsacaq yazışmalar internətə düşdü. Federal Təhqiqat Bürosu Şimali Koreyanı günahkar elan etdi, bu ölkə isə ittihamları qəbul etmədi. Federal Təhqiqat Bürosunun araşdırması hələ də davam edir.

10.Yoxa çıxan 43 meksikalı tələbə

Meksikada etiraz akiyasına qalxan tələbələrdən yoxa çıxan 43 nəfərin də sirri hələ çözülməyib. İndiyə qədər 80 nəfər adam oğurluğu ittihamı ilə həbs olunub. Onların arasında polis rəisləri, bələdiyyə sədrləri də var. Amma tələbələrin nə ölüsü, nə də dirisi tapılmayıb.

11. Cüt fırtına sirri

2014-cü ilin iyun ayında Nebraskada iki fırtına yan-yana ortaya çıxaraq 2 nəfərin ölümünə, onlarla adamın yaralanmasına səbəb oldu. Normal halda iki fırtına olursa, bunlardan biri digərinin içində olur, amma ilk dəfə idi ki, iki fırtına yanaşı hərəkət edirdi. Alimlər bunun da sirrini hələ axtarırlar.

12. Qaçırılan qız məktəblilər

Boko Harm terror təşkilatının qaçırdığı iddia olunan yüzlərlə məktəbli qızdan indiyə qədər xəbər-ətər yoxdur. Aprel ayından yoxa çıxan qızların izinə hələ də rast gəlinməyib.

13. Dənizaltı həqiqətdirmi?

Keçən il İsveçdə həyəcan siqnalı çalındı. Səbəb ruslara aid dənizaltı gəminin İsveç sularında görünməsi olub. İsveç bunu qəbuledilməz olduğunu açıqladı. Amma dənizaltı gəminin hansı ölkəyə aid olduğu, yaxud onun görünməsinin hər hansı bir təsdiqi ictimaiyyətə təqdim olunmadı. Bu hadisə də sirrli olaraq qalır. (ann.az)


Müəllif:

Oxşar xəbərlər