Amerikada McDonald's korporasiyasının təsisçisi Rey Kroka həsr olunmuş bayopikin çəkilişləri başlayır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, kinoda baş rolu "Bördmen" filmilə kinotənqidçilərin və tamaşaçıların müsbət rəylərini qazanmış Maykl Kiton ifa edəcək.
Qeyd edək ki, Krok 1952-ci ildə Kaliforniyada fastfud restoranına sahib olan Makdonald qardaşları ilə tanış olub. Rey bu istiqaməti inkişaf etdirmək ideyasını irəli sürür və qardaşlardan analoji adlı restoranların açılış hüququnu alır. Üç il sonra o, hazırda korporasiyanın muzeyinin yerləşdiyi İllinoys ştatında Des-Pleyns şəhərində McDonald's brendi altında ilk restoranı açır. Filmin rejissoru Con Li Henkok olacaq.
Rüstəm