Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib.
Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 16:27-də Qobudan 177 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Dərinliyi 55 km, maqnitudası 3.4 olan zəlzələ hiss olunmayıb.