21 Aprel 2015 10:10
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev VI müasir musiqi festivalının açılış mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, mərasim dahi bəstəkar Qara Qarayevin "İldırımlı yollarla" baletindən "İntroduksiya"nın səslənməsi ilə başlayıb. Qara Qarayevin adını daşıyan beynəlxalq musiqi festivalı ənənəvi olaraq iki ildən bir keçirilir. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edib. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndirilib.

Rüstəm


Müəllif: