22 Aprel 2015 21:13
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda təsərrüfatlardan birinə canavar hücumu olub.

Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, hadisə Bərdə rayonu Əyricə kəndində qeydə alınıb. Yırtıcılar, kənd sakini Tarıyel Əhmədovun şəxsi təsərrüfatına gecə saatlarında soxulub. Təsərrüfat sahibi hadisədən səhər saatlarında xəbər tutub. O, təsərrüfatında 9 baş qoyunun canavarlar tərəfindən parçalandığının şahidi olub. Bir neçə heyvan isə ciddi yaralanıb.

Hadisə yerinə rayon baytarlıq idarəsinin əməkdaşları baş çəkib. Hər hansı bir yoluxucu xəstəliyin olub olmamasını müəyyən etmək məqsədi ilə heyvanlardan nümunə götürülərək laboratoriyaya göndərilib. Yaralı heyvanlara isə baytar yardımı edilib.

Daşqın Abdullayev


Müəllif:

Oxşar xəbərlər