11 İyul 2015 10:14
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siqaret çəkmək şizofreniyanın inkişafına bilavasitə təsir göstərə bilər və bu əlaqə daha ətraflı araşdırılmalıdır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniyadakı King's College Universitetinin yeni elmi araşdırmasında deyilir. Araşdırmanın yekunları Lancet Psychiatry elmi dərgisində dərc edilib.

Təhqiqat nəticələrinə əsasən, siqaret tüstüsü beyin funksiyasında dəyişikliyə səbəb ola bilər.
Siqaret çəkməklə psixoz arasında əlaqənin olması çoxdandır ki, təsbit edilib. Lakin indiyədək hesab olunurdu ki, şizofreniyadan əziyyət çəkənlər siqaretdən stresi azaltmaq vasitəsi kimi istifadə edirlər.

Tədqiqat 14 mindən artıq siqaret çəkən və 273 minə yaxın siqaret çəkməyən üzərində aparılan müşahidəyə əsaslanır.

Onun nəticələrinə görə, araşdırmada iştirak edənlərin 57 faizi xəstəliyin kəskinləşməsi vaxtı artıq siqaret çəkən imiş və bu qrup arasında şizofreniyanın inkişafı ehtimalı çəkməyənlərdən iki qat artıqdır.

Eynilə siqaret çəkənlərdə çəkməyənlərə nisbətdə şizofreniyanın bir il erkən əmələ gəldiyi məlum olub.
“Təhiqaqatın təbiətini nəzərə alaraq səbəb və nəticə əlaqələrini təsbit etmək çətindir”, - London Psixiatriya, Psixologiya və Nevrologiya İnstitutunun nümayəndəsi doktor James MacCabe deyib.

Onun sözlərinə görə, araşdırma psixozların yaranmasında tütünün rolunun müəyyənləşdirilməsi baxımından əhəmiyyətli addımdır və yeni tədqiqtlara yol açacaq.

Bir sıra cəmiyyətlərin araşdırmaları göstərir ki, İngiltərədə siqaret çəkənlərin 42 faizinin psixoloji sağlamlıq problemlərindən əziyyət çəkir. Buna görə alimlər psixozla siqaret çəkmək arasında potensial əlaqə barədə yeni tapıntının narahatedici olduğunu bildiriblər.


Müəllif:

Oxşar xəbərlər