2 Avqust 2015 09:16
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Facebook şirkəti internetdə yeni kommunikasiya növünü (üçölçülü virtual reallıq) inkişaf etdirməyi qarşısına məqsəd qoyub.

Teleqraf.com ICTnews-a istinadən bildirir ki, bu haqda cari ilin ikinci rübündə Facebook şirkətinin nəticələrinə həsr edilmiş konfransda Mark Zukerberq deyib.

Hesab edirəm ki, videodan sonra üçölçülü informasiya məkanı növbəti yenilik olacaq. İnsanlar həmişə öz fikirlərini paylaşmaq və kommunikasiya üçün yeni imkanlar axtarıblar. Biz fotodan videoya keçdik. Ancaq bu, hələ son deyil. Növbəti yenilik üçölçülü virtual reallıqdır.

2014-cü il yazında Facebook Oculus Rift virtual reallıq şleminin yaradıcısı kimi tanınan Oculus VR şirkətini 2 milyard dollara satın alıb. İndi Facebook bu texnologiyanın təkmilləşdirilməsinə böyük vəsait yatırır.

Zukerberqin planlarına əsasən, 2016-cı ilin birinci yarısında Facebook şəbəkəsində virtual reallıq platforması yaradılacaq.


Mütəxəssislər bildirir ki, əgər Facebook virtual reallıq proqramlarını ilk işə salsa dünya şəbəkəsində rəqiblərini geridə qoyacaq.


Müəllif:

Oxşar xəbərlər